Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Həmkarlar Təşkilatı Komitəsinin növbəti iclası keçirilib

  • Oxunub 1353 dəfə

 İyunun 5-də AMEA İqtisadiyyat İnstitutu Həmkarlar Təşkilatı (HT) Komitəsinin Tanrıverdi Paşanın sədrliyi ilə növbəti iclası keçirildi. Toplantıda İnstitutun ehtiyacı olan və müvafiq ərizə ilə müraciət etmiş əməkdaşlarına maddi yardım ayrılması, bu yaxınlarda AMEA Gənc Alim və Mütəxəssislərin V İnstitutlararası Futbol Çempionatında 3-cü yerin qalibi olduqları üçün İqtisadiyyat İnstitutunun futbol komandasının üzvlərinə mükafat verilməsi barədə qərar qəbul olundu. Habelə yay aylarında əməkdaşların rayonlara istirahət turlarının təşkili və digər təşkilati məsələlər müzakirə edildi (economics.com.az).