Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elanlar

Konfranslar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə 10 aprel 2024-cü il tarixində "Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlili və gələcəyə baxış" mövzusunda respublika elmi-praktiki konfrans keçiriləcək.

ETN İqtisadiyyat İnstitutunun əməkdaşları konfransda iştirak etməyə dəvət olunurlar.

-----------------

 12-13 aprel 2024-cü il tarixində Odlar Yurdu Universitetinin təşkilatçılığı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Aerokosmos Agentliyi, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və İdarəetmə Sistemləri İnstititu, eyni zamanda, bir sıra xarici ali təhsil müəssisələrinin tərəfdaşlığı ilə "Ağıllı ətraf mühit və yaşıl texnologiyalar" (Smart environment and green technology) adlı Beynəlxalq Konfransın keçirilməsi nəzərdə tutulmuşdur.

Konfransın Elm Komitəsində 30 ölkədən 50-dən çox yerli və xarici alimlər yer almışlar. Konfransın proqram komitəsində iştirak edəcək alimlərin "H" indeksləri 50-150 arasındadır. Konfrans məqalələrinin yüksək reytinqli "Scopus" məlumat bazasında indekslənməsi üçün Beynəlxalq Springer nəşriyyatı ilə razılıq əldə edilmişdir.

Konfransda iştirak imkanları ilə bağlı aşağıdakı linkdən keçid etməklə məlumat almaq olar.  

https://icsegt2024.com/register/

--------------------------

03-0may 2024-cü  ildə Gəncə Dövlət Universitetində “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda elmi konfrans keçiriləcək.

Konfransda iştirak imkanları ilə bağlı aşağıdakı linkdən keçid etməklə məlumat almaq olar.

“Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda elmi konfrans