Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans

16-17 noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

“İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda elmi konfrans keçiriləcək

  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 23-24 noyabr 2023-cü il tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı keçirəcəkdir.

 Konfransda ölkəmizin aparıcı universitetlərinin tanınmış iqtisadçı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

 Konfransın mövzuları:

- İşğaldan azad olunmuş ərazilərdə yeni iqtisadiyyat quruculuğu və potensial imkanlar

- Azərbaycanda sənayenin yeni inkişaf mərhələsi və perspektivlər

- İqtisadiyyatın diversifikasiyası və xarici ticarətin problemləri

- Biznes mühiti və sahibkarlığın inkişafı

- Kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi problemləri

- Maliyyə, bank, vergi və büdcə siyasəti

- Xidmət səhələrinin və sosial sferanın iqtisadiyyatı

- Qeyri-neft sektorunun inkişafının aktual problemləri

- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının formalaşdırılması

- Rəqəmsal iqtisadiyyat və süni intellekt

Konfrans üçün məqalələrin son qəbuluvaxtı – 25 oktyabr 2023-cü il

Konfransa daxil olmuş məqalələrin seçilməsi – 01 noyabr – 15 noyabr 2023-cü il

Konfransın proqramının hazırlanması və çapı – 15-20 noyabr 2023-cü il

Konfransın keçirilməsi yeri və tarixi– ADNSU, 23-24 noyabr2023-cü il

Konfransda iştirak etmək üçün tələblər və qaydalar:

Konfransın işçi dilləri: Azərbaycan, Rus və İngilis

Konfransın formatı: əyani

Konfrans materiallarının tərtibinə qoyulan tələblər:

Kağızın ölçüsü – A4

Boş sahə – hər tərəfdən 2 sm

Şrift – Times  New  Roman

Şrift ölçüsü – 12 pt

Sətirarası interval – 1,5 sm

Abzas  – 1,25 sm

Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə

Müəllifin adı, soyadı, atasının adı – ortadan, qalın şriflə

İş yeri, vəzifəsi (elmi dərəcəsi və elmi adı)  – ortadan, kursivlə

E-poçt ünvanı             – ortadan, kursivlə

Açar sözlər (5–7 söz)

Xülasə (50-60) – Azərbaycan, ingilis və  rus dillərində ( məqalənin yazıldığı dildən başqa rus və ingilis dilində)

Ədəbiyyat siyahısı– kvadrat mötərizədə (əlifba sırası ilə)

Həcmi – 3-5 səhifəyə qədər

Materiallar 25 oktyabr 2023 cü il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməlidir.

Bir müəllifdən yalnız bir məruzənin tezisi və ya məqaləsi qəbul olunur. Konfransın materialları  antiplagiat sistemində yoxlanıldıqdan sonra konfransın proqramına daxil ediləcək. Məqaləsi qəbul olunmuş və konfransın proqramına daxil edilmiş müəlliflərin konfransda əyani iştirakı vacibdir. Təşkilat  Komitəsi tərəfindən konfransın tələblərinə cavab verən məqalələr “Konfrans materialları” toplusunda dərc olunacaq.

Təşkilat Komitəsi tezislərin və məqalələrin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.

Məsul katib – dosent Mahir Zeynalov

Əlaqə telefonları: 055 7941475; 070 2503505

E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

 16-17 noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.

“İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfrans keçirilib

 17 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən kompleksində “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.

 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Qarabağ iqtisadi rayonunda Prezidentin Səlahiyyətli Nümayəndəsinin ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda ölkəmizin dövlət qurumlarının, aparıcı elm-təhsil müəssisələrinin mütəxəssisləri iştirak ediblər.

 Tədbirin açılış mərasimində Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış ediblər. Konfrans prof. N.Müzəffərlinin moderatorluğu ilə keçirilib.

 Açılış nitqində Sahib Ələkbərov işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, iqtisadiyyatının yenidən qurulması, əhalinin məskunlaşdırılması kimi dövlətin qarşısında duran mühüm vəzifələrdən danışıb. Bildirib ki, bunun üçün çox böyük vəsait tələb olunsa da, Azərbaycan dövləti onları həyata keçirmək iqtidarındadır.  Hazırda əsas investor Azərbaycan dövlətidir və bütün mənbələr hesabına Qarabağda bərpa işlərinə 6,4 milyard manat vəsait xərclənib. 2023-cü ilin dövlət büdcəsindən 3 milyard manat ayrılıb. Bunlarla yanaşı 10 il müddətinə vergilərdən azad olunan regiona özəl sektorun sərmayələrinin də aktiv cəlb olunması və əlverişli biznes mühitinin yaradılması nəzərdə tutulur.

 Konfransın ilk sessiyasında Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə Xüsusi nümayəndəsi Emin Hüseynov “Qarabağ İqtisadi Rayonuna daxil olan ərazilərdə görülən işlər və investisiya imkanları” mövzusundə məruzə edib. O, Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərindən danışıraq bildirib ki, işğaldan azad olunmuş ərazilərin 16,4%-i, o cümlədən Ağdam ərazisinin 27,5 faizi, Füzulinin 24,8 faizi, Tərtərin 16,7 faizi, Xocalının 15,8 faizi və Xocavəndin 5,1 faizi minalardan təmizlənib. Regionda böyük tikinti işləri aparılır, yerli iqtisadiyyatın qurulmasına özəl investisiyalar da cəlb olunacaq. Burada böyük investisiya yatırmaq imkanları olacaq. Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir. Birinci mərhələdə 66 min keçmiş məcburi köçkünün azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulur.

 Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq məcburi köçkünlərin məşğulluq məsələləri”, Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri Osman Xalıyevin “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə maliyyə dəstəyi” mövzularında məruzələrlə çıxış ediblər. Rövşən Rzayev qeyd edib ki, Şuşadan olan keçmiş məcburi köçkünlərin 95 faizi bərpadan sonra doğma şəhərlərinə qayıdacaqlar. Onlar bununla bağlı öz mövqelərini bildiriblər və qayıdışa hazır olduqlarını söyləyiblər. 

 Konfransın ikinci sessiyasında isə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun “Qarabağ və Şərqi Zəngəzurda əsas kapitala investisiyalar: yeni regional statistik mənzərənin astanasında”, İqtisadiyyat Nazirliyinin “İşğaldan azad edilmiş ərazilərin bərpası” şöbəsinin müdiri Zamin Bədirxanlı “İşğaldan azad edilmiş ərazilərdə yaradılmış əlverişli biznes və investisiya mühiti”,  İqtisadi Zonaların İnkişafı Agentliyi İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadovun “İşğaldan azad edilmiş ərazilərdə sənayenin inkişaf imkanları”, İqtisadiyyat İnstitutunun “Post-konflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri Azər Səfərovun “İnvestisiyalar haqqında müasir elmi konsepsiyalar və post-konflikt ərazilərin bərpası problemi” mövzusunda məruzələri dinlənilib.

 Konfransda məruzələr ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib. Müzakirələrdə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev və digər mütəxəssislər iştirak ediblər (economics.com.az).

Fotoqalereya

Konfrans Azərbaycan KİV-lərində geniş işıqlandırılıb (linkləri yükləməklə izləmək mümkündür)

ATV

AzTV

Baku TV

APA TV

Kanal S

AzərTAC

https://report.az/

"İki sahil" qəzeti

Naxçıvanda İqtisadiyyat İnstitutu və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə konfrans keçirilib

 Oktyabrın 14-də Elm və Təhsil Nazirliyinin nəznində İqtisadiyyat İnstitutu və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişaf və prioritetləri” mövzusunda respublika konfransı keçirilib. “Naxçıvan” Universitetində təşkil olunan tədbirdə İqtisadiyyat İnstitutunun bir qrup alimi, universitetin professor-müəllim heyəti, tələbələr və magistrantlar iştirak ediblər.

“MƏDƏNİYYƏTİN İQTİSADİYYATI: ŞUŞADAN İNKİŞAF İMPULSLARI” beynəlxalq elmi-praktik konfrans keçiriləcək

 Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində 2022-ci il sentyabr ayının 18-19-da  “MƏDƏNİYYƏTİN İQTİSADİYYATI: ŞUŞADAN İNKİŞAF İMPULSLARI” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

AMEA İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə elmi konfrans keçirilib

 Mayın 17-də AMEA İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Davamlı inkişafın milli prioritetləri və müasir transformasiya siyasətinin reallıqları” mövzusunda elmi konfrans keçirilib. Konfransda AMEA İqtisadiyyat İnstitutunun bir qrup alimi, universitetin professor-müəllim heyəti üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

Bu RSS bəslənməsinə yazıl