Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Strateji hədəflərimiz...

  • Oxunub 14137 dəfə

 ...Yaxın perspektivdə İnstitutu

- Azərbaycanda fundamental iqtisadi tədqiqatların REAL mərkəzinə,
- Azərbaycanda iqtisadi tədqiqatların ƏSAS əlaqələndiricisinə,
- Azərbaycan hökumətinin KOLLEGİAL ekspertinə və məsləhətçisinə

                                                                                  çevirməkdir.

  Bundan ötrü

- Plan üzrə həyata keçirilən elmi-tədqiqatların nəzəri səviyyəsi və praktik əhəmiyyəti yüksəldiləcək,
- Tətbiqi elmi-tədqiqatların aparılmasına və onların nəticələrinin praktikada tətbiq olunmasına xüsusi önəm veriləcək,
- Azərbaycan iqtisad elminin beynəlxalq səviyyədə tanıdılması üçün xüsusi layihələr həyata keçiriləcək,
- Ölkədaxili və beynəlxalq qrant müsabiqələrində iştirak fəallaşdırılacaq;
- Əlavə maliyyə vəsaitləri hesabına əməkdaşların rifahı yaxşılaşdırılacaq və kadr potensialı gücləndiriləcək,
- Dövlət idarəetmə qurumları ilə daha effektiv əməkdaşlıq əlaqələri yaradılacaq;
- Xarici elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq gücləndirilək,
- Daimi fəaliyyət göstərən müzakirə “meydançaları”, o cümlədən “Kreativ İqtisadiyyat” diskussiya klubu, “Gənc alimlər” klubu və “Doktorantlar” klubu inkişaf etdiriləcəkdir.