Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Həmkarlar Təşkilatı Komitəsinin iclası keçirilib

  • Oxunub 1127 dəfə

Oktyabrın 1-də AMEA İqtisadiyyat İnstitutu Həmkarlar Təşkilatı (HT) Komitəsinin Tanrıverdi Paşanın sədrliyi ilə növbəti iclası keçirildi.

 Toplantıda İnstitutun ehtiyacı olan və müvafiq ərizə ilə müraciət etmiş əməkdaşlarına maddi yardım ayrılması, müxtəlif mədəni tədbirlərin təşkili və keçirilməsi barədə qərarlar qəbul olundu. Habelə payız aylarında əməkdaşların rayonlara istirahət turlarının, Bakı şəhərindəki muzey, teatr və tarixi yerlərə səyahətlərin təşkili və digər təşkilati məsələlər müzakirə edildi (economics.com.az).

ELAN

AMEA İqtisadiyyat İnstitutu əməkdaşlarının nəzərinə çatdırılır ki, Həmkarlar Təşkilatının xətti ilə Azərbaycan rayonlarındakı  (Quba, Xaçmaz – Nabran, İsmayıllı, Şamaxı, Xızı, Lənkəran) Turizm və İstirahət  məkanlarına səyahətlərin təşkili nəzərdə tutulur. Xahiş edirik, təşkil ediləcək qrup üzvlərinin siyahısı və təklif edilən istiqamətlər haqqında məlumatları İnstitut Hİ Komitəsinin üzvü Ülkər Məmmədovaya təqdim edəsiniz.

QEYD: Bakı şəhərindəki muzey, teatr, musiqi və s. yerlərə də baş çəkmək üçün qruplar təşkil edilə bilər...

AMEA İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatı