Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Həmkarlar Təşkilatının 2022-ci il üçün smetası müzakirə olunub

  • Oxunub 593 dəfə

Fevralın 17-də AMEA İqtisadiyyat İnstitutu Həmkarlar Təşkilatı (HT) Komitəsinin iclası keçirilib.

 HT-nın sədri Tanrıverdi Paşa 2021-ci ildə görülən işlər, habelə 2022-ci il üzrə təklif olunan təbirlər planı ilə bağlı məlumat verib. Sonra HT-nın 2022-ci il üçün smeta xərcləri, büdcəsi geniş müzakirə edilərək təsdiqlənib.

 İclasda HT-na yardım üçün ərizə ilə müraciət etmiş İnstitut əməkdaşlarının müraciətlərinə baxılıb. Müzakirələrdən sonra ehtiyacı olan əməkdaşlara maddi yardım göstərilməsi qərara alınıb.

 Toplantıda il ərzində müxtəlif mədəni tədbirlərin təşkili və keçirilməsi barədə də qərarlar qəbul olunub. Habelə il ərzində əməkdaşların rayonlara istirahət turlarının, Bakı şəhərindəki muzey, teatr və tarixi yerlərə səyahətlərin təşkili və digər təşkilati məsələlər müzakirə edilib (economics.com.az).

Həmkarlar Təşkilatının 2022-ci il üçün smetası