Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Həmkarlar Təşkilatı Komitəsinin iclası keçirilib

  • Oxunub 480 dəfə

İyulun 5-də AMEA İqtisadiyyat İnstitutu Həmkarlar Təşkilatı (HT) Komitəsinin iclası keçirilib.

 HT-nın sədri Tanrıverdi Paşanın sədrliyi ilə keçirilən iclasda HT-na yardım üçün ərizə ilə müraciət etmiş İnstitut əməkdaşlarının müraciətlərinə baxılıb. Müzakirələrdən sonra ehtiyacı olan əməkdaşlara maddi yardım göstərilməsi qərara alınıb.

Toplantıda yay ayları ərzində müxtəlif mədəni tədbirlərin təşkili və keçirilməsi barədə də qərarlar qəbul olunub. Habelə il ərzində əməkdaşların rayonlara istirahət turlarının, Bakı şəhərindəki muzey, teatr və tarixi yerlərə səyahətlərin təşkili və digər təşkilati məsələlər müzakirə edilib (economics.com.az).