Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Həmkarlar Təşkilatının 2017-ci il üçün büdcəsi təsdiqləndi

  • Oxunub 1388 dəfə

 Martın 13-də AMEA İqtisadiyyat İnstitutu Həmkarlar Təşkilatı (HT) Komitəsinin iclası keçirildi.

 HT-nın sədri Tanrıverdi Paşa ilk əvvəl görülən işlər barədə məlumat verdi. Sonra HT-nın 2017-ci il üçün büdcəsi geniş müzakirə edilərək təsdiqləndi.

 İclasda HT-na yardım üçün ərizə ilə müraciət etmiş İnstitut əməkdaşlarının müraciətlərinə baxıldı. Müzakirələrdən sonra ehtiyacı olan əməkdaşlara maddi yardım göstərilməsi qərara alındı.

 Toplantıda İnstitutun Həmkarlar Təşkilatının hesabat seçki yığıncağının keçirilməsi məsələsi də müzakirə olundu. May ayında keçirilməsi nəzərdə tutulan yığıncaqda HT sədri və komitə üzvləri yenidən seçiləcəklər (economics.com.az).