Həmkarlar Təşkilatı Komitəsinin iclası keçirilib
- Oxunub 1476 dəfə
Sədrin müavinləri seçildi və komitə üzvlərinin vəzifə bölgüsü aparıldı
Mayın 26-da AMEA İqtisadiyyat İnstitutu Həmkarlar Təşkilatı (HT) Komitəsinin Tanrıverdi Paşanın sədrliyi ilə növbəti iclası keçirildi. Komitənin üzvləri arasından Kərim Piriyev, Emin Məmmədzadə və Rüfət Efendiyev HT sədrinin müavinləri seçildilər.
Sonra komitə üzvlərinin vəzifə bölgüsü aparıldı. Habelə əməkdaşlara maddi yardımların verilməsi qaydaları, mədəni-kütləvi tədbirlərin təşkili və s. məsələlər müzakirə olundu, müvafiq qərarlar qəbul edildi (economics.com.az).