Müdiriyyətlə Həmkarlar Təşkilatı arasında 2019-2020-ci illər üzrə kollektiv müqavilə bağlanıb
- Oxunub 2099 dəfə
AMEA İqtisadiyyat İnstitutunun Müdiriyyəti ilə Həmkarlar İttifaqı Komitəsi arasında 2019-2020-ci illər üzrə kollektiv müqavilə bağlanıb. Bu müqavilə işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən hüquqi sənəddir. Sənədi İnstitutun müdiriyyəti adından İnstitutun direktoru, prof. Nazim Müzəffərli (İmanov) və Həmkarlar İttifaqı Komitəsinin adından Komitənin sədri Tanrıverdi Paşa imzalayıblar.
Müqavilə AR Əmək Məcəlləsinə, AMEA-nın nizamnaməsinə, AR Nazirlər Kabineti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında və AR Nazirlər Kabineti, AHİK və AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2018-cı il 7 fevral tarixli 36 nömrəli qərarla 2018-2019-cu illər üçün bağlanmış «Baş kollektiv Saziş»ə əsasən tənzimlənir.
Müqavilənin əsas məqsədi İnstitutun ümumi maraqları ilə işçilərin mənafelərini uzlaşdırmaq, əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunmasında müdiriyyətlə HİK-in birgə fəaliyyətini tənzimləməkdir. Tərəflər İnstitutun ümumi maraqlarını nəzərə almaqla yanaşı bir-birlərinin vəzifə və öhdəlilklərinə də hörmətlə yanaşmağı əsas kimi qəbul edirlər. Sənəd İnstitutun fəaliyyətində və işgüzar mühitin yaradılmasında əhəmiyyətli və faydalı olacaq (economics.com.az).
Müqavilə ilə aşağıdakı linki yükləməklə tanış olmaq olar