Əmək intizamının gücləndirilməsi barədə əmr
- Oxunub 1623 dəfə
ƏMR №__216__
Bakı şəhəri «__30_oktyabr____ 2017-ci il
Əmək intizamının gücləndirilməsi barədə
19, 20 və 23 oktyabr 2017-ci ildə Ümumi işlər üzrə direktor müavini Ş.Alıyevin rəhbərliyi ilə, Kadrlar şöbəsinin, Ümumi şöbənin və Həmkarlar Təşkilatının nümayəndələrindən ibarət komissiya İnstitut əməkdaşlarının işə davamiyyəti üzrə 5 yoxlama keçirmişdir. Yoxlama zamanı bir sıra əməkdaşların iş rejimini kobud şəkildə pozduğu aşkar olunmuşdur. İnstitutun 8 əməkdaşı yoxlamaların heç birində, 13 əməkdaşı isə 4 yoxlama zamanı işdə olmamışdır. Yoxlamadan sonra aparılmış araşdırmalar zamanı bəzi əməkdaşlar işdə olmamaqlarının səbəbini yazdıqları izahatda qənaətbəxş sayıla biləcək şəkildə şərh etmişlər. Bütün bunları nəzərə alaraq, əmək intizamının gücləndirilməsi məqsədi ilə
əmr edirəm:
I. İşə davamiyyəti kobud şəkildə pozan aşağıdakı əməkdaşlara xəbərdarlıq edilsin:
- Abbasova Laləzar Serqey q. – operator
- Abbasova Vüsalə Mirsəməd q. – e.i.
- Allahverdiyev Dağbəyi İsa o. – i.f.d., a.e.i.
- Cəfərova Fərəh Şahbaz q. – b.e.i.
- Əliyev Ramil Teyyub o. – i.f.d., a.e.i.
- Hacıyev Ağa-Kərim Hüseyn-Ağa o. – t.e.n., baş e.i
- İbrahimov Tahir Xanlar o. – i.f.d., a.e.i.
- Qasımov İlqar Elman o. – e.i.
- Mahmudova Sevda Faiq q. – b.e.i.
- Muradverdiyeva Leyla Akif q. – i.f.d., a.e.i.
- Rüstəmova Vəfa Xanlar q. – e.i.
- Səmədova Gülnar Xanlar q. – i.f.d., b.e.i.
II. Adları çəkilən əməkdaşlara 19, 20 və 23 oktyabr tarixləri üçün əmək haqqı hesablanmasın (Baş mühasib Y.Beqdayeva) .
III. Əməkdaşları əmək intizamını kobud şəkildə pozmuş şöbələrin müdirləri (i.f.d., dos. A.Muradov, i.f.d., dos. Ə.Həsənov, i.e.d., prof. G.Yuzbaşıyeva, i.e.d., prof. İ.Alıyev, i.e.d., prof. T.Hüseynov, i.e.d. F.Qənbərov, i.e.d., prof. Ş.Muradov, T.Paşa) şöbə əməkdaşlarının əmək intizamına nəzarəti gücləndirsinlər.
IV. Ümumi işlər üzrə direktor müavini (Ş.Alıyev) əmək intizamının gücləndirilməsi məqsədi ilə yoxlamaların müntəzəm aparılmasını təmin etsin.
V. Bu Əmr İnstitutun rəsmi İnternet saytında (i.f.d., a.e.i. M.Zeynalov) və Elanlar lövhəsində (k.e.i. M.Məmmədzadə) yerləşdirilsin.
Direktor, i.e.d. professor N.M.İmanov
Ş.Alıyev
Y.Əliyeva
B.Talıbova
T.Paşa