Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Plan elmi-tədqiqat işləri müsabiqəsinin nəticələri haqqında direktorun əmri

  • Oxunub 2223 dəfə

AMEA İqtisadiyyat İnstitutu
                                                           

ƏMR

Bakı şəhəri                                                                            18 dekabr 2017-ci il

Plan elmi-tədqiqat işləri Müsabiqəsinin nəticələri haqqında

İqtisadiyyat İnstitutunda aparılan Plan elmi-tədqiqat işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimulaşdırmaq məqsədi ilə İnstitutun direktorunun 13 noyabr 2017-ci il tarixli 234 saylı əmri ilə Müsabiqə keçirilmişdir. Müsabiqəyə buraxılmış Plan elmi-tədqiqat işləri 5 müstəqil ekspert tərəfindən qiymətləndirilmişdir. Bu qiymətləndirmələr əsasında Müsabiqə komissiyası həm Şöbə hesabatlarının, həm də fərdi hesabatların hər biri üzrə yekun qiymətlər (ballar) çıxarmışdır. Yekun nəticələri əsas götürərək

                                                       Əmr edirəm:

1. Aşağıdakı şöbələr 2017-ci il Plan elmi-tədqiqat işləri Müsabiqəsinin qalibləri elan edilsin:

II YER

- “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsi;

-  “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsi.

III YER

- “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbəsi;

- “Xidmət sahələrinin inkişaf problemləri” şöbəsi;

- “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsi.

Müstəqil ekspertlər tərəfindən ən yüksək qiymətləndirilmiş Şöbə hesabatı mümkün maksimal baldan çox aşağı qiymət aldığına görə I yer üçün mükafat verilməsin.

2. İnstitutun aşağıdakı əməkdaşları fərdi hesabatlar üzrə 2017-ci il Plan elmi-tədqiqat işləri Müsabiqəsinin qalibləri elan edilsin.

I YER

- Yaşar Məmmədov (“Maliyyə, pul-kredit siyasəti” şöbəsinin Aparıcı elmi işçisi, i.f.d.)

II YER

- Asif Mustafayev (“İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin Aparıcı elmi işçisi, i.f.d.);

- Təbriz Yadigarov “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin Elmi işçisi).

III YER

- Çingiz Baxış (“Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin Böyük elmi işçisi);

- İlkin Soltanlı (“Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinin Aparıcı elmi işçisi, i.f.d.);

- Ağakərim Hacıyev (“İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin Baş elmi işçisi, i.f.d.).

3. Tutduqları yerlərə müvafiq olaraq, Müsabiqənin qalibi olan şöbələr II və III dərəcəli Diplomlarla, əməkdaşlar isə I, II və III dərəcəli Diplomlarla mükafatlandırılsın və onlara aşağıdakı məbləğdə pul mükafatı verilsin:

II yer tutan şöbələrin hər birinə - 1202 AZN;

III yer tutan şöbələrin hər birinə - 962 AZN.

Yaşar Məmmədov – 718 AZN;

Asif Musatafayev və Təbriz Yadigarov – hər birinə 478 AZN;

Çingiz Baxış, İlkin Soltanlı və Ağakərim Hacıyev - hər birinə 236 AZN.

4. Şöbələrin pul mükafatları həmin şöbələrin müdirlərinin əmək haqqı hesablarına köçürülsün. Şöbə müdirləri həmin vəsait hesabına şöbə əməkdaşlarını, onların Şöbə hesabatının hazırlanmasına verdiyi töhfəni nəzərə almaqla mükafatlandırsınlar.

Fərdi pul mükafatları Müsabiqədə qalib gəlmiş əməkdaşların əmək haqqı hesablarına köçürülsün.

5. Müsabiqənin təşkili ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün Ümumi işlər üzrə direktor müavini Ş.Ş.Alıyevin əmək haqqı hesabına 1268 AZN köçürülsün.

6. Mühasibat (Y.Beqdayeva) mükafatlandırma ilə bağlı maliyyə məsələlərini həll etsin.

7. Müsabiqənin nəticələri Elmi Şurada elan edildikdən sonra İnstitutun İnternet saytında (M.Zeynalov) işıqlandırılsın.

Direktor                           professor N.Müzəffərli (İmanov)