Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Tədqiqat layihələri üzrə menecerin vəzifə təlimatı

  • Oxunub 1991 dəfə

Təsdiq edilmişdir

Direktor N.Müzəffərli (İmanov)

8 iyun 2015-ci il

 

 AMEA İqtisadiyyat İnstitutu

TƏDQİQAT LAYİHƏLƏRİ ÜZRƏ MENECER

 VƏZİFƏ TƏLİMATI

1. “Tədqiqat layihələri üzrə menecer” vəzifəsi AMEA İqtisadiyyat İnstitutu Direkto­runun 29 may 2015-ci il tarixli 112 saylı sərəncamı ilə təsis olunmuş vəzifədir.

2. Tədqiqat layihələri üzrə menecer İnstitutun əməkdaşları arasından Direktorun sə­rəncamı ilə təyin olunur və ictimai əsaslarla fəaliyyət göstərir.

3. Tədqiqat layihələri üzrə menecer İnstitutun öz plan elmi-tədqiqat işlərinə əlavə ola­raq icra etdiyi tədqiqat layihələri üzrə elmi-təşkilati fəaliyyəti koordinasiya edir.

3. Tədqiqat layihələri üzrə menecerin xidməti vəzifələrinə aşağıdakılar daxildir:

- İnstitutun aparıcı elmi personalı ilə birlikdə potensial tədqiqat layihələrinin prioritetlərini və mövzularını müəyyənləşdirmək, tədqiqat işlərini layihələn­dirmək (layihələri tərtib etmək);

- potensial donorları müəyyənləşdirmək, onlarla işgüzar əlaqələr və əməkdaşlıq qurmaq;

- tədqiqat layihələri üzrə fəaliyyətin idarə olunmasında iştirak etməklə onların vaxtında və keyfiyyətlə icra olunmasına yardım göstərmək;

- tədqiqat layihələri çərçivəsində həyata keçirilən tədbirlərin (konfransların, “dəyirmi masa” müzakirələrinin, nəşr işlərinin və s.) hazırlanmasında və ger­çəkləşdirilməsində iştirak etmək, bilavasitə layihə meneceri olduğu hallarda isə bu fəaliyyəti təşkil etmək;

- tədqiqat layihələri üzrə sənədləşməni aparmaq, dövlət nəzarəti hesabatlarını, o cümlədən maliyyə hesabatlarını hazırlayaraq, müvafiq idarəetmə qurumla­rına təqdim etmək;

- tədqiqat layihələrinin icrası gedişində işlərin qrafikində və layihələrin büdcə­sində hər hansı dəyişikliklərə ehtiyac yaranarsa, bunları layihə rəhbərləri ilə və donorlarla razılaşdırmaq;

- tədqiqat layihələri üzrə aralıq və yekun hesabatların hazırlanmasında layihə rəhbərlərinə və koordinatorlarına yardım etmək.

 4. Tədqiqat layihələri üzrə menecer İnstitutun direktoru və İnstitutun direktorunun müavini qarşısında hesabatlıdır.