“Postsosialist dövlətlərin iqtisadiyyatı və siyasəti: transformasiya təcrübəsi”
- Oxunub 1252 dəfə
Rusiyada nəşr olunan kitabın bir fəsli Azərbaycan iqtisadiyyatına həsr olunub
Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti tərəfindən Universitetin 110 illiyinə və müstəqil dövlətlərin yaranmasının 25 illiyinə həsr olunmuş “Postsosialist dövlətlərin iqtisadiyyatı və siyasəti: transformasiya təcrübəsi” adlı kitab çap olunub (Moskva, 2017). Kollektiv müəlliflər qrupu tərəfindən yazılmış kitabda keçmiş SSRİ-nin dağılması nəticəsində müstəqqilik qazanmış 15 respublikanın müasir iqtisadi siyasəti geniş təhlil edilib. Həmin respublikaların hər birinə ayrıca bir fəsil həsr olunub. “Azərbaycan iqtisadiyyatı” adlı fəslin müəllifləri AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, prof. Əli Nuriyev və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkaşı, i.f.d. Elşən Əhmədovdur (economics.com.az).