İqtisadiyyat İnstitutunun “Kommunal xidmətlər – 2017” bülleteni çap edilib
- Oxunub 1167 dəfə
AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən illik bülletenlər buraxılır. Bu günlərdə İnstitutun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin baş elmi işçisi, i.e.d., professor Tərbiz Əliyevin müəllifliyi ilə “Kommunal xidmətlər – 2017” adlı növbəti bülleten nəfis şəkildə çap olunub (“Elm və Bilik” nəşriyyatı, Bakı 2018). Nəşrin elmi redaktoru və buraxılışa məsul i.f.d. Məzəddin Əyyubovdur.
Bülleten Azərbaycan Respublikasında kommunal xidmətlər sferasında baş verən proseslərin, əldə edilmiş nailiyyətlərin və inkişaf imkanlarının ümumi icmalıdır (economics.com.az).
“Kommunal xidmətlər – 2017” (yüklə)