“Fond bazarı – 2017” bülleteni çap edilib
- Oxunub 1191 dəfə
AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən illik bülletenlər buraxılır. İnstitutun “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Yaşar Məmmədovun müəllifliyi ilə “Fond bazarı – 2017” adlı növbəti bülleten nəfis şəkildə çap olunub (“Elm və Bilik” nəşriyyatı, Bakı 2018). Nəşrin elmi redaktoru i.e.d, professor İrşad Kərimli, buraxılışa məsul i.f.d. Məzəddin Əyyubovdur.
“Fond bazarı - 2016” bülleteni Azərbaycanda maliyyə-fond bazarında cərəyan edən proseslərin və meyillərinin analitik icmalıdır. Bülletenin hazırlanmasında Azərbaycan Respubliksı Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mərkəzi Bankın, Bakı Fond Birjasının və beynəlxalq maliyyə institutlarının informasiya - statistik bazalarından istifadə olunmuşdur. Bülütendə başqa istinad yoxdursa, statistik məlumatların (o cümlədən diaqram və cədvəllərin) mənbəyi qeyd edilən qurumlara aiddir.
Dünyanın müxtəlif ölkələrində maliyyə-fond bazarlarının inkişafı milli və qlobal iqtisadi inkişaf ilə sıx bağlı olduğu üçün bu bazarların göstəricilərinin təhlil və qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Fond bazarının müxtəlif iqtisadi göstəriciləri ilə qarşılıqlı qiymətləndirilməsi və onlar arasındakı aslılıqların müəyyən edilməsi praktik təcrübədə geniş istifadə edilməkdədir. Fond bazarının müasir vəziyyəti iqtisadi inkişafla bağlı tədqiq olunduğu üçün bülütendə həm bu bazarların, həm də iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi mülahizələri irəli sürmək mümkün olmuşdur (economics.com.az).
“Fond bazarı – 2017” (yüklə)