Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanın milli gəliri – 2017” bülleteni çap olunub

  • Oxunub 1313 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən illik bülletenlər buraxılır. İnstitutun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Məzəddin Əyyubovun müəllifliyi ilə “Azərbaycanın milli gəliri – 2017” adlı növbəti bülleten nəfis şəkildə çap olunub (“Elm və Bilik” nəşriyyatı, Bakı 2018). Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Akif Musayevdir.  

  Bülletendə Azərbaycan Respublikasının milli iqtisadiyyatı sisteminin fəaliyyətində gəlirlərin yaranması, ilkin və təkrar bölünməsi mexanizmi əsasında, ölkə iqtisadiyyatının fəaliyyətində ölkənin sərvətinin artan hissəsi – milli gəlirin yaranması, ilkin və təkrar bölünməsi tədqiq edilmişdir.Milli gəlirin yaranması, bölünməsi, təkrar bölünməsi ilə bağlı aparılmış tədqiqatlar əsasında, ölkə iqtisadiyyatının fəaliyyətində yaranmış milli gəlirin struktur eyniliyi tərtib edilmiş, milli iqtisadiyyat sisteminin inkişafı xüsusiyyətləri ölkə iqtisadiyyatı sisteminin təhlükəsiz fəaliyyəti göstəriciləri hesab olunan ölkə iqtisadiyyatının fəaliyyətinin ξ effektivliyi indeksinin və ölkə iqtisadiyyatının müstəqil inkişafetmə qabiliyyətinin ά indeksinin qiymətləndirilməsi vasitəsilə müəyyənləşdirilmişdir.

 Ölkə iqtisadiyyatının fəaliyyətində milli gəlirin yaranması, bölünməsi və istifadəsinin tədqiqatlarında alınımş riyazi-funksional asılılıqlardan ölkənin iqtisadi inkişafı mərhələsində ölkə iqtisadiyyatının fəaliyyətinin tənzimlənməsi prosesində, iqtisadi inkişafın səngiməsi mərhələsində isə ölkə iqtisadiyyatının fəaliyyətinin aktiv idarəedilməsi mexanizmlərinin yaradılmasında istifadə oluna bilər. Həmçinin, tədqiqatlarla alınımş riyazi-funksional asılılıqlardan gələcək dövrdə ölkə iqtisadiyyatının fəaliyyətinin proqnoz-ssenari modellərinin tərtib olunmasında istifadə oluna bilər. Ölkə iqtisadiyyatının fəaliyyətində milli gəlirin yaranması, bölünməsi və istifadəsinin analitik icmalının metodoloji bazasını Milli hesablar sisteminin (MHS) metodoloji əsasları, statistik bazasını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları təşkil edir (economics.com.az).

“Azərbaycanın milli gəliri – 2017”