“Qeyri-dövlət pensiya təminatı” adlı kitab nəşr olunub
- Oxunub 1546 dəfə
AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə “Qeyri-dövlət pensiya təminatı” adlı kitab nəşr olunub (Bakı, "Elm və Bilik" nəşriyyatı 2016. 134 səh.). Kollektiv monoqrafiyanın müəllifləri i.f.d., dos. Allahyar Muradov, i.f.d., dos. Rəsmiyyə Abdullayeva, i.f.d., dos. Cəlil Quliyev, i.f.d., dos.Yalçın Əzizov və Tanrıverdi Paşadır.
Nəşrin elmi redaktoru əməkdar elm xadimi, AMEA-nm müxbir üzvü, i.e.d., prof. Şahbaz Muradov və i.f.d., dos. Allahyar Muradov, rəyçiləri i.e.d. Mübariz Bağırov, i.f.d., dos. Yaşar Məmmədov, f.f.d., dos. Mayis Gülalıyev və i.f.d. Vüqar Bayramovdur.
Bu kitab Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən elan olunan Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş "İqtisadi islahatların keçirilməsi ilə bağlı xərclər" üzrə vəsaitin məqsədyönlü və səmərəli istifadəsini təmin etmək üçün Nazirlər Kabinetinin 18 avqust 2014-cü il tarixli, 263 saylı qərarı əsasında AMEA İqtisadiyyat İnstitutu tərəfindən həyata keçirilən "Pensiyaçıların həyat səviyyəsinin yüksəldilməsində qeyri-dövlət pensiya təminatının rolunun təhlil olunması və artırılmasına dair təklif və tövsiyələrin hazırlanması" tədqiqat layihəsi çərçivəsində yazılmışdır. Layihənin rəhbəri AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad ürrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevadır (economics.com.az) .