Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanın İnklüziv İqtisadi inkişafı – 2017” bülleteni çap olunub

  • Oxunub 1363 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən illik bülletenlər buraxılır. İnstitutun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Məzəddin Əyyubovun və şöbənin elmi işçisi Svetlana Nəcəflinin müəllifliyi ilə “Azərbaycanın İnklüziv İqtisadi inkişafı – 2017” adlı bülleten nəfis şəkildə çap olunub (“Elm və Bilik” nəşriyyatı, Bakı 2018). Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Akif Musayevdir. 

 Azərbaycan Respublikası milli iqtisadiyyatının və iqtisadiyyatın əsas sektorları üzrə həyata keçirilən strateji yol xəritələrinin məqsədi Azərbaycan Respublikasında davamlı iqtisadi inkişaf əsasında ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliyinin, inklüzivliyinin və əhalinin sosial rifahının daha da artırılmasının təmin edilməsindən ibarətdir. Bülletendə ilk dəfə 2012-2016-cı illər dövründə Azərbaycan Respublikasının inklüziv iqtisadi inkişafının xüsusiyyətləri – ölkədə iqtisadi artım, əhalinin məşğulluğu, əhalinin gəlirlərinin yaranması və yaranmış gəlirlərin əhali qrupları arasında paylanmasının ədalətliliyi səviyyəsi, ölkə əhalisinin ümumi demoqrafik yükü və məşğul əhalinin demoqrafik yükü göstəriciləri qiymətləndirilmişdir.

 Tədqiqatlarla alınımş riyazi-funksional asılılıqlardan ölkənin iqtisadi inkişafı mərhələsində ölkə iqtisadiyyatının fəaliyyətinin tənzimlənməsi prosesində, iqtisadi inkişafın səngiməsi mərhələsində isə ölkə iqtisadiyyatının fəaliyyətinin aktiv idarəedilməsi mexanizmlərinin yaradılmasında istifadə oluna bilər. Həmçinin, tədqiqatlarla alınımş riyazi-funksional asılılıqlardan gələcək dövrdə ölkə iqtisadiyyatının fəaliyyətinin proqnoz-ssenari modellərinin tərtib olunmasında istifadə oluna bilər. Analitik icmalın statistik bazasını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları təşkil edir (economics.com.az).

“Azərbaycanın İnklüziv İqtisadi inkişafı – 2017”  (yüklə)