Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda rəqabətqabiliyyətli turizmin formalaşması” adlı monoqrafiya çap olunub

  • Oxunub 1233 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, i.f.d. Leyli Allahverdiyevanın “Azərbaycanda rəqabətqabiliyyətli turizmin formalaşması” adlı monoqrafiyası rus dilində çapdan çıxıb. Nəşrin elmi redaktoru professor Gülşən Yüzbaşıyeva, rəyçiləri i.f.d., dos. Aqil Əsədov və i.f.d. Aqil Eyvazovdur.

  Kitab Azərbaycanın turizm sahəsinin mövcud vəziyyətinin tədqiqi və ölkədə rəqabətqabiliyyətli turizmin formalaşması imkanlarının aşkar edilməsinə həsr olunub. Turizmin rəqabətqabiliyyətliliyi indeksi ilə adambaşına ÜDM arasında korrelyasiya təhlilinin aparılması turizm sahəsinin inkişafı ilə ölkənin iqtisadi inkişafı arasında əlaqənin mövcudluğunu göstərib. Bununla yanaşı, xarici ticarətin dövlət tənzimlənməsi dərəcəsi ilə müxtəlif dünya ölkələrinin bir neçə turizm göstəriciləri arasında əlaqənin təhlili xarici ticarətin liberallaşmasının turizmin inkişafına təsiri barədə bəzi mülahizələr irəli sürməyə imkan verib.

 Kitab iqtisadçılar və turizm fəaliyyəti ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub (economics.com.az).