Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanın kimya sənayesində sahibkarlıq mühitinin formalaşması və davamlı inkişafının başlıca istiqamətləri” adlı monoqrafiya çap olunub

  • Oxunub 1060 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin baş elmi işçisi, i.e.d., professor Tərbiz Əliyevin  (Yazar Bayramın həmmüəllifliyi ilə) “Azərbaycanın kimya sənayesində sahibkarlıq mühitinin formalaşması və davamlı inkişafının başlıca istiqamətləri” adlı monoqrafiyası çap olunub (Bakı, “Elm və Bilik”, 2017, 100 səh.).  AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru i.e.d., professor A.Ş.Şəkərəliyev, rəyçiləri i.e.d. Ş.T.Əliyev və i.f.d., dosent Ə.H.Həsənovdur.

  Monoqrafiyada sahibkarlığın davamlı inkişafının nəzəri-metodoloji və praktiki məsələləri - davamlı inkişafın mahiyyəti və konsepsiyası üzrə baxışlar, sahibkar firmaların xarakterik xüsusiyyətləri və onların davamlı inkişafa zəmanət verən başlıca istiqamətləri, sahibkarlıq subyektlərinin innovativ inkişaf konsepsiyası, onun həyata keçirilməsi mexanizmi və inkişaf modeli şərh edilmiş, ölkənin kimya sənayesi kompleksində sahibkarlıq mühitinin formalaşmasının mövcud vəziyyəti çoxillik statistik, ilkin uçot və hesabat sənədlərinin məlumatları əsasında təhlil edilib qiymətləndirilmiş, çoxsaylı ehtiyat imkanları aşkar edilmiş, onlardan səmərəli istifadə yolları göstərilmiş, özəl neft-kimya müəssisələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkilinin riyazi-statistik modeli qurulmuş, sahədə sahibkarlığn davamlı inkişafının başlıca istiqamətləri göstərilmişdir.

 Monoqrafiya kimya sənayesi müəssisələrinin rəhbər işçiləri və mütəxəssisləri, layihə menecerləri, magistranlar və doktorantlar üçün nəzərdə tutulmuşdur (economics.com.az).