Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda aqroemal sahəsinin müasir vəziyyəti və inkişaf perspektivləri” kitabı çap olunub

  • Oxunub 2021 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinin böyük elmi işçisi, i.f.d. Yunus Sadıqovun “Azərbaycanda aqroemal sahəsinin müasir vəziyyəti və inkişaf perspektivləri” adlı kitabı çapdan çıxıb (Bakı, 2018). Kitabın elmi redaktoru i.e.d. prof. İsa Alıyev, rəyçiləri i.e.d. A.H.Vəliyev, i.f.d. dosent İ.Q.Soltanlı və i.f.d. V.B.Kərimlidir.

 Monoqrafiyada aqroemal sahəsində baş verən proseslər, potensial imkanlar və mövcud durum ətraflı şəkildə təhlil edilərək, bu sahədə qarşıya çıxan problemlər və inkişaf perspektivləri əks olunur. Əsərdə   aqroemal sahəsində məhsulların hər bir məhsul qrupu üzrə ayrıca xarakterizə edilmiş, onların perspektiv inkişafı üçün konkret təklif və tövsiyyələr  verilmişdir. Tədqiqat işində AR Dövlət Statistika, Dövlət Gömrük Komitələrinin statistik bazalarından və Kənd Təsərrüfatı Nazirliyinin məlumat mənbələrindən istifadə olunmuşdur. Nəzərə almaq lazımdır ki, əgər cədvəl və diaqramlarda başqa mənbələr göstərilmirsə, onda bu məlumatların mənbəyi Dövlət Statistika Komitəsi hesab olunur. 

Monoqrafiyadan aqrar sahənin rəhbər işçiləri, tədqiqatcılar, mütəxəssislər və bu sahənin biznesi ilə maraqlanan investor və iş adamları istifadə edə bilərlər (economics.com.az).