Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı: problemlər və perspektivlər” adlı monoqrafiya çap olunub

  • Oxunub 1871 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin elmi işçisi Təbriz Yadigarovun “Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı: problemlər və perspektivlər” adlı monoqrafiyası çapdan çıxıb (Bakı, “Avropa” nəş., 2018, 340 səh.). AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktorları iqtisad elmləri doktrou Fuad Qənbərov və iqtisad elmləri namizədi Ələsgər Sarıyev, rəyçiləri i.e.d., professor Arif Şəkərəliyev və i.e.d., professor Yaşar Kəlbiyevdir.

  Monoqrafiyada müxtəlif mənbələrə əsasən miladdan öncə 4-cü əsrdən başlayaraq müasir dövrədək Azərbaycanda dəniz nəqliyyatının inkişaf tarixinə yığcam şəkildə nəzər salınmış, dəniz nəqliyyatının iqtisadiyyatının əsasları şərh edilmiş, xarici iqtisadi əlaqələrdə dəniz nəqliyyatının rolu, normativ hüquqi bazası, müasir vəziyyəti, dəniz nəqliyyatının dünya əmtəə ticarətinin həcminə təsiri, İqtisadiyyatın Solluğu (Sağlığı) indeksinə daxil olan xarici ticarət sub-indeksi əsasında dəniz nəqliyyatının rəqabətqabiliyyətliliyinin iqtisadiyyatın dövlət tənzimlənməsindən asılılığı, neft-qaz hasilatında və yükdaşımalarda dəniz nəqliyyatının mövcüd problemləri və onun aradan qaldırılmasıı, yükdaşımaların və idaretmənin optimallaşdırılması yolları göstərilmişdir. Müəllif monoqrafiyada Strateji Yol Xəritəsinə əsasən Transxəzər marşrutu üzrə dəniz nəqliyyat yükdaşımalarından yüksək gəlir əldə edilməsi üçün dəniz nəqliyyatının mövcud problemlərini qeyd etmiş və onların həlli yollarını göstərmişdir.

 Monoqrafiyanın materialları ali məktəblərdə “Dəniz nəqliyyatının iqtisadiyyatı”, “İqtisadi təhli və audit”, “Nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinin təhlili”, “Nəqliyyatın ekonometriyası” fənlərinin tədrisində, Azərbaycan Respublikasının Vergilər Nazirliyində, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də, respublikada hazırlanan məqsədli proqramlarda, dəniz nəqliyyatının inkişafı ilə bağlı elmi araşdırmaların aparılmasında istifadə üçün, həmçinin tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabın elektron variantı ilə aşağıdakı linkdə tanış olmaq olar (economics.com.az).

“Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı: problemlər və perspektivlər” (yülə)