Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Neft maşınqayırma müəssisələrinin idarəetmə sistemində nəzarətin təşkili mexanizminin təkmilləşdirilməsi” monoqrafiyası çap olunub

  • Oxunub 1194 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, i.e.d., professor Tərbiz Əliyevin və Bakı Biznes Universitetinin magistraturasını əla qiymətlərlə bitirmiş Aytən Əbdürrəhmanovanın  “Neft maşınqayırma müəssisələrinin idarəetmə sistemində  nəzarətin təşkili  mexanizminin təkmilləşdirilməsi” adlı monoqrafiyası çap olunub. Kitabın elmi redaktoru prof. Tərbiz Əliyev, rəyçiləri professor Qənimət Səfərov, dosent Rəhim Sadıqov və dosent İsmayıl Həsənovdur.

 Monoqrafiyada idarəetmə sistemində nəzarət  funksiyasının növləri, təşkilinin zəruriliyi, prinsipləri, tədqiqi mərhələləri, neft maşınqayırma müəssisələrində həmin  funksianın təşkilinin mövcud vəziyyəti, onun normativ-texniki təminatı, standartlaşdırılması səviyyəsi çoxillik statistik, ilkin  uçot və hesabat sənədlərinin məlumatları əsasında təhlil edilib qiymətləndirilmişdir. Habelə orada  mövcud nəzarət sisteminin təşkilati strukturunun idarəetmə səviyyələri üzrə mütərəqqi formalarını tətbiqinin vacibliyi və prinsipal sxemi, funksiyaları, vəzifələri formalaşdırılmış, nəzarət sistemi üzrə işçilərin əməyinin motivləşdirilməsi sisteminin təkmilləşdirilməsi yolları göstərilmişdir.

 Monoqrafiya neft maşınqayırma müəssisələrinin rəhbər  işçiləri, mütəxəssisləri, layihə menecerləri, magistrantlar və doktorantlar üçün  nəzərdə tutulmuşdur (economics.com.az).

 “Neft maşınqayırma müəssisələrinin idarəetmə sistemində  nəzarətin təşkili  mexanizminin təkmilləşdirilməsi” (yüklə)