2 yeni monoqrafiya və “İqtisadi artım və ictimai rifah” mövzusunda konfransın materialları çap olunacaq
- Oxunub 1016 dəfə
AMEA İqtisadiyyat İnstitutunun yeni nəşrləri çap ediləcək. İnstitutun əməkdaşları apardıqları tədqiqatlar əsasında 2 monoqrafiya çapa hazırlayıblar. Kitablar İqtisadiyyat İnstitutunun bu il noyabrın 27-də keçirilən Elmi Şuranın iclasında müzakirə edilərək çapa tövsiyə olunub.
Belə ki, AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin böyük elmi işçisi, i.f.d. Mətanət Abdalovanın “Böyük şəhərlərdə sənayenin innovasiya yönümlü inkişafı” adlı monoqrafiyası (elmi redaktor: i.e.d., prof. Rəna Sultanova; rəyçiləri i.e.d., prof. Tərbiz Əliyev və i.f.d. Mahir Zeynalov) və Bəhruz Əhmədovun “Azərbaycan iqtisadiyyatının makromaliyyə sabitliyi” adlı monoqrafiyası (elmi redaktoru i.e.d., prof. Nazim Müzəffərli (İmanov); rəyçiləri i.e.d., prof. Akif Musayev və i.f.d. Ş.Adıgözəlov) çapa təqdim olunub.
Bunlarla yanaşı, bu il oktyabrın 18-də AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbirləri çərçivəsində keçirilmiş “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları da kitab formatında çap ediləcək (economics.com.az).