Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi” monoqrafiyası çap olunub

  • Oxunub 994 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Nəsimi Əhmədovun “Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi” adlı monoqrafiyası çap olunub (Bakı, “Elm və Bilik”, 2018, 326 səh.). Nəşrin elmi redaktoru iqtisad elmləri doktoru, professor Rəna Sultanova, rəyçiləri iqtisad elmləri doktoru, professor Hacıağa Rüstəmbəyov və coğrafiya elmləri doktoru, professor Tapdıq Həsənovdur.

  Monoqrafiyada ilk dəfə olaraq Azərbaycanın Abşeron iqtisadi regionunda sənayenin inkişafında mineral-xammal sərvətlərindən istifadənin səmərəliliyinin artırılması istiqamətində nəzəri və praktiki məsələlər kompleks şəkildə tədqiq edilmişdir. Əsərdə sənayenin inkişafında təbii sərvətlərdən istifadənin nəzəri-metodoloji əsasları, mineral-xammal sərvətlərinin iqtisadi qiymətləndirilməsinin əsas xüsusiyyətləri, qloballaşma şəraitində neft-qaz sərvətlərindən istifadənin dünya mineral-xammal bazarının formalaşmasına təsiri araşdırılmış, Abşeron iqtisadi regionunda mineral-xammal təmayüllü sənayenin inkişaf meyilləri göstərilmiş, neft-qaz və mineral-tikinti xammal sərvətlərindən istifadənin müasir vəziyyəti təhlil edilmiş, regionun ekoloji renta göstəricisi müqayisəli şəkildə qiymətləndirilmiş, mineral-xammal sərvətlərindən istifadənin səmərəliliyinin artırılması və perspektiv inkişaf istiqamətləri müəyyənləşdirilmiş, elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr irəli sürülmüşdür.

 Monoqrafiya elmi işçilər, doktorantlar, ali məktəb müəllimləri, tələbələr, tədqiqatçılar, mütəxəssislər, elmin və iqtisadiyyatın müxtəlif sahələrində məşğul olan və təbii sərvətlərdən səmərəli istifadə məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur (economics.com.az).