Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Aran iqtisadi rayonunda sahibkarlıq fəaliyyətinin təşkili: reallıqlar və innovativ inkişaf” monoqrafiyası çap olunub

  • Oxunub 1103 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin (iqtisad üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar İsmayılovla birgə) “Aran iqtisadi rayonunda sahibkarlıq fəaliyyətinin təşkili: reallıqlar və innovativ inkişaf” (Bakı, “Elm və təhsil”, 2018,  275 səhifə) adlı monoqrafiyası çap olunub. AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasının qararı ilə nəşr edilən kitabın elmi redaktoru i.e.d., professor Arif Şəkərəliyev , rəyçiləri i.e.d., professor İsa Alıyev və i.e.d., professor Rəna Sultanovadır.

 Monoqrafiyada sahibkarlıq fəaliyyətinin regional innovativ inkişafının nəzəri-təşkilati aspektlərinin qısa şərhi, Aran iqtisadi rayonunun coğrafi-iqtisadi xarakteristikası, orada sahibkarlıq subyektlərinin tərkibi və quruluşunda baş verən dəyişikliklər, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə yönəldilən investisiyaların sosial-iqtisadi nəticələri, iqtisadi rayonda yaradılan yeni iş yerləri və onların işsizliyin səviyyəsinə təsiri və sinerji effekti göstərilmiş, orada innovasiya sahibkarlığının təşkilinin mövcud vəziyyəti iqtisadi fəaliyyət sahələri üzrə təhlil edilib qiymətləndirilmiş, müvafiq ehtiyat imkanları aşkara çıxarılmış, onlardan səmərəli istifadə üzrə tövsiyələr formalaşdırılmış, iqtisadi rayonda sahibkarlığın innovativ inkişafının başlıca istiqamətləri öz əksini tapmışdır.

 Monoqrafiya regional innovasiya sahibkarlığı ilə məşğul olan rəhbər işçiləri və mütəxəssisləri, elmi-tədqiqat institutlarının əməkdaşları, layihə menecerləri, doktorantlar üçün nəzərdə tutulmuşdur (economics.com.az).