Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“AMEA İqtisadiyyat İnstitutu - 60: keçdiyimiz və getdiyimiz yol” kitabı çap olunub

  • Oxunub 1068 dəfə

 “AMEA İqtisadiyyat İnstitutu - 60: keçdiyimiz və getdiyimiz yol” kitabı çapdan çıxıb. 2018-ci il oktyabrın 18-də AMEA-da İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibətilə hazırlanmış kitab İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunub. Nəşrin redaktoru i.e.d., professor Nazim Müzəffərli, tərtibçisi i.f.d., dosent Rəsmiyyə Abdullayevə, nəşrə məsul Minarə Ağayevadır.  

 Kitab Azərbaycanda fundamental və tətbiqi iqtisadi araşdırmaların əsas mərkəzlərindən biri olan AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunmuş təntənəli iclasın materialları əsasında hazırlanmışdır. Yubiley tədbirlərinin keçirilməsini nəzərdə tutan rəsmi qərarlar, ilk növbədə İnstitut əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanları da kitaba daxil olunmuşdur. Kitab AMEA İqtisadiyyat İnstitutunun keçmişi və bu günü barəsində məlumat verməklə yanaşı, yaxın gələcək üçün müəyyənləşdirdiyi hədəf və vəzifələr haqqında da müəyyən təsəvvür yaradır (economics.com.az)