Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Demoqrafiya ilə bağlı yeni kitab

  • Oxunub 1512 dəfə

«Azərbaycanda əhalinin demoqrafik yaşlanması: problemlər, xüsusiyyətlər və nəticələr» adlı tədqiqat işi xarici nəşrdə çap edilib

  «Azərbaycanda əhalinin demoqrafik yaşlanması: problemlər, xüsusiyyətlər və nəticələr» mövzusunda tədqiqat işi Latviyada, rus dilində nəşr olunub. Kitabın müəllifləri - AMEA İqtisadiyyat İnstitutunun «Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri» şöbəsinin baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyev və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bakalavrı Ləman Mütəllibovadır.

 Lativiyanın LAP LAMBERT Academic Publishing nəşriyyatının dərc etdiyi əsər əhalinin demoqrafik yaşlanması kimi aktual problemin tədqiqinə həsr edilmişdir. 

 Müəlliflər, demoqrafik yaşlanmanın mahiyyətinin nəzəri əsaslarını öyrənərək, Azərbaycan Respublikasında onun mövcud vəziyyətini və inkişaf dinamikasını təhlil edirlər. Araşdırmanı yekunlaşdıraraq, müəlliflər əhali yaşlanmasının ən əhəmiyyətli demoqrafik və sosial-iqtisadi nəticələrini vurğulayırlar. Kitab demoqraflar, sosioloqlar və iqtisadçılar üçün nəzərdə tutulmuşdur (economics.com.az).

Kitaba istinad aşağıdakı linkdə:

"Демографическое старение населения в Азербайджане: вызовы, особенности и последствия"