Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Milli iqtisadiyyat konsepsiyası: dayanıqlılıq problemi” adlı monoqrafiya çap olunub

  • Oxunub 1084 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Vüqar Bayramovun “Milli iqtisadiyyat konsepsiyası: dayanıqlılıq problemi” adlı monoqrafiyası çap edilib (Bakı, “AVROPA” nəşriyyatı - 2019, 304 səh.).

  Kitabın elmi redaktoru iqtisad elmləri doktoru, professor Rasim Həsənov, rəyçiləri i.e.d., professor Şəfa Əliyev, i.e.d., professor Heydər Həsənovdur.

 Monoqrafiyada qloballaşan milli iqtisadiyyatın nəzəri-metodoloji aspektlərinin sistemli yanaşma konseptual məzmunu açıqlanmış, dayanıqlı inkişaf trayektoriyasına keçidin nəzəri interpretasiyası verilmiş və milli-qlobal qarşılıqlı münasibətlərdə inteqrativ bağlılığın formalaşması zəruriliyi əsaslandırılmış formada təsbit edilmişdir. Monoqrafiya iqtisadçı alimlər, metodoloqlar, sosioloqlar, iqtisadi profilli ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur. Eyni zamanda kitab geniş oxucu kütləsi üçün də faydalı ola bilər (economics.com.az).

Vüqar Bayramov “Milli iqtisadiyyat konsepsiyası: dayanıqlılıq problemi” monoqrafiya (yüklə)