Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İS(S)İ – 2017: Dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifatı” kitabı çapdan çıxıb

  • Oxunub 1461 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin rəhbərliyi ilə İnstitutun ekspertlər qrupu tərəfindən aparılmış tədqiqatlar əsasında hazırlanmış “İS(S)İ – 2017: Dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifatı” adlı kitab üç dildə (Azərbaycan, rus və ingilis dillərində) çap olunub.

  AMEA İqtisadiyyat İnstitutu Elmi Şurasının qərarı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə nəşr edilən bu araşdırma iqtisadiyyatın özünütənzimləmə mexanizmləri ilə dövlət tənzimləməsi arasında effektiv müvazinət məsələlərinə həsr olunmuşdur. AMEA İqtisadiyyat İnstitutunda hazırlanmış metodologiya əsasında 95 ölkədə iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi – dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi əsasında – müqayisəli şəkildə qiymətləndirilmişdir. İqtisadiyyatın solluğu (sağlığı) indeksinin ayrı-ayrı ölkələr üçün hesablanmış qiymətləri əsasında 5 iqtisadi model müəyyənləşdirilmiş və dünya ölkələri bu modellər üzrə təsnifləşdirilmişdir. Yaxın illərdə Azərbaycan iqtisadiyyatının daha da liberallaşdırılmasının zəruriliyi və tələb olunan iqtisadi islahatların başlıca istiqamətləri nəzəri formada əsaslandırılmışdır.

 Müəlliflər ümid edirlər ki, tədqiqatın nəzəri tapıntıları və praktik tövsiyyələri iqtisadçılar və iqtisadi siyasət qurucuları üçün maraqlı və faydalı olacaqdır (economics.com.az).

“İS(S)İ – 2017: Dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifatı” (yüklə)