Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“KLASTERLƏR: beynəlxalq təcrübə və innovativ inkişaf” adlı monoqrafiya çap olunub

  • Oxunub 1920 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin “KLASTERLƏR: beynəlxalq təcrübə və innovativ inkişaf” adlı monoqrafiyası nəşr edilib (Bakı, “Elm və Bilik”, 2019, 536 səh.). İqtisadiyyat İnstitutunun Elmi Şurasının və ''Аqrarkredit'' QSC-nin maliyyə dəstəyi lə buraxılan kitabın elmi redaktoru i.e.d., professor Arif Şəkərəliyev, rəyçiləri i.e.d., prof. Akif Musayev və i.e.d., prof. Kamil Şahbazovdur.

  Monoqrafiyada klasterlərin təşkili və idarə edilməsinin elmi əsasları ümumiləşdirilmiş klaster anlayışına dair xarici və respublika alimlərinin yanaşmaları sistemləşdirilmiş; ona müəllifin öz təcrübəsinə uyğun əsaslandırılmış tərifi verilmiş; inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrin klasterləşmə təcrübəsi şərh edilmiş; Azərbaycanda klasterləşmə üzrə sahibkarlıq subyektlərinin fəaliyyətinin nəticələri qiymətləndirilmiş, innovasiya yönümlü, sənaye ərazi və regional klasterlərin idarə edilməsi alətləri, yaradılmasının üstün cəhətləri, əlamətləri, onların formalaşdığı şəraitdə sahibkarlığın səmərəli təşkili məsələləri; Azərbaycanda klasterlərin inkişafı üzrə mövcud normativ-hüquqi bazanın möhkəmləndirilməsi; ölkənin iqtisadi rayonlarında, yanacaq-enerji kompleksində, kimya və neft-kimya sahələrində, eləcə də elm və təhsil sferasında klasterləşmənin məqsədəuyğunluğu elmi və praktiki cəhətdən əsaslandırılmışdır.

  Monoqrafiya klasterlərin təşkili və idarə edilməsi ilə məşğul olan rəhbər işçi və mütəxəssislər, elmi işçilər, layihə menecerləri və doktorantlar üçün nəzərdə tutulmuşdur.

    Monoqrafiyanın çapa hazırlanmasında təşkilati dəstəyə görə AMEA İqtisadiyyat İnstitutunun, maliyyə dəstəyinə görə isə – Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfedrasiyasının rəhbərliyinə, elmi redaktora, rəyçilərə və əməyi olan bütün şəxslərə müəllif dərin minnətdarlığını bildirir (economics.com.az).

“KLASTERLƏR: beynəlxalq təcrübə və innovativ inkişaf”  (yüklə)