Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Zərdab rayonunda baramaçılığın inkişafı” kitabı çap olunub

  • Oxunub 701 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin və iqtisad üzrə fəlsəfə doktoru Lütvəli Babayevin “Zərdab rayonunda baramaçılığın ikişafı” analitik icmalı nəşr olunub. Kitabın elmi redaktoru  iqtisad elmləri doktoru, professor İsa Alıyev, rəyçisi aqrar elmlər üzrə fəlsəfə doktoru Qafar Məmmədovdur.

  Analitik icmalda beynəlxalq miqyasda baramaçılığın və ipəkçiliyin inkişaf tarixi, onun Azərbaycanda təşəkkülü, inkişafı qısa şərh edilmiş, həmin iqtisadi fəaliyyət sahəsinin Azərbaycanda inkişafını tənzimləyən normativ-hüquqi aktların təsnifatı verilmiş, müvafiq Dövlət Proqramının məqsədi, vəzifələri və istiqamətləri açıqlanmışdır. Ölkədə barama tədarükünün vəziyyəti araşdırılmaqla yanaşı, Zərdab rayonunda baramaçılığın inkişafı çoxillik statistik məlumatlar əsasında ətraflı təhlil olunmuş, “respublikada ilk dəfə” bir ildə iki dəfə barama istehsalı iş təcbürəsinin nəticələri açıqlanmış, baramanın becərilməsinə dair kümçünün yaddaş vərəqəsi və barama qurdunun bəslənilməsini şərtləşdirən ekoloji amillər təsnifləşdirilmişdir. Habelə rayonda baramaçılıq üzrə yeni assosiasiyanın və aqro-klasterin yaradılmasının zəruriliyi əsaslandırılmış, onun strukturu verilmişdir.

Kitab baramaçılığın və ipəkçiliyin tarixini öyrənən doktorantlar, barama tədarükü ilə məşğul olan mütəxəssislər, ipəkçi fermerlər, kümçülər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur (economics.com.az).

 “Zərdab rayonunda baramaçılığın ikişafı” analitik icmal (yüklə)