Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Görkəmli dünya iqtisadçıları” kitabı çap olunub

  • Oxunub 949 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun alimlərinin – iqtisad elmləri doktoru (i.e.d.), professor İsa Alıyev, iqtisad elmləri doktoru Seyfəddin Səməndərov  və iqtisad üzrə fəlsəfə doktoru, dosent Yaşar Məmmədovun “Görkəmli dünya iqtisadçıları (iqtisadi fikir tarixi, I hissə)" adlı kitabı nəşr edilib. AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan nəşrin elmi redaktoru i.e.d., professor İrşad Kərimli, rəyçiləri i.e.d., professor Dünyamalı Vəliyev, i.e.d. Fuad Qənbərov, i.e.d., professor Ağarza Rüstəmovdur.

 Kitab AMEA İqtisadiyyat İnstitutunun yaranmasının 60 illiyinə həsr olunub.

Kitabda ilk dəfə olaraq qədim dünya mütəfəkkirlərinin və XVI əsrdən baslayaraq iqtisad elminin tanınmış nümayəndələri haqqında – qısa tərcümeyi halları, yaşadıqları mühit, əsas elmi əsərləri, elmi müddəaları barəsində yığcam materiallar işlənilmişdir. Bu səpkidə nəşr böyük əhəmiyyətə malik olmaqla yanaşı ilk nümunədir. Kitab nəinki iqtisadçılar, bakalavrlar, magistrlər, doktorantlar, eləcə də iqtisad elmi ilə maraqlananlar üçün mühüm və faydalı mənbə rolunu oynayacaqdır.

 Kitabın elektron variantı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür.

 “Görkəmli dünya iqtisadçıları" (yüklə)