Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda kiçik sahibkarlığın inkışafı” kitabı nəşr olunub

  • Oxunub 1019 dəfə

 AMEA  İqtisadiyyat  İnstitutunun  “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ramil Əliyevin və böyük elmi işçi Sevda Mahmudovanın “Azərbaycanda  kiçik  sahibkarlığın  inkışafı” kitabı çapdan çıxıb.

  İqtisadiyyat  İnstitutunun  Elmi  Şurasının  tövsiyəsi ilə nəşr edilən əsərin elmi redaktoru iqtisad elmləri dokrotu, professor Tərbiz Əliyev, rəyçiləri iqtisad üzrə fəlsəfə doktoru, dos. Əbdül-Səməd Həsənov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Məzəddin Əyyubovdur.

 Monoqrafiyada AR Dövlət Statistika Komitəsinin çoxillik statistik məlumatlarından istifadə edilməklə kiçik sahibkarlığın xüsusiyyətləri və ölkə iqtisadiyyatının inkişafında rolu, hüquqi tənzimlənməsi; Azərbaycanda kiçik sahibkarlığın bütün sahibkarlıq subyektlərində və özəl sektorda payı, iqtisadi fəaliyyət sahələri, eləcə də, emal sənayesində və regionlar üzrə inkişafını xarakterizə edən  əsas göstəriciləri təhlil edilmişdir. Habelə kiçik sahibkarlığın maliyyə təminatının vəziyyəti araşdırılmış, nöqsanlar aşkar edilmiş, onların aradan qaldırılması istiqamətləri göstərilmiş, kiçik sahibkarlığın inkişafına dair təkliflər irəli sürülmüşdür. Kitab sahibkarlıq strukturlarının rəhbər işçiləri və mütəxəssislər, magistrantlar və doktorantlar üçün nəzərdə tutulmuşdur (economics.com.az).