Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İnsan inkişafı və yaşayış keyfiyyəti” kitabı çap olunub

  • Oxunub 646 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cəlil Quliyev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənovun birgə müəllifliyi ilə “İnsan inkişafı və yaşayış keyfiyyəti” adlı  monoqrafiya “Avropa” nəşriyyatında cap edilmişdir.

  Kitabda iqtisadi artımla insan inkişafının qarşılıqlı əlaqəsinin elmi-nəzəri əsasları, iqtisadi artımla insanların imkan bərabərliyinin qarşılıqlı əlaqələri, Azərbaycanda davamlı inkişaf və əhalinin yaşayış keyfiyyətinin dəyişməsi meylləri araşdırılmışdır. Azərbaycanda əhalinin həyat keyfiyyəti təhlil olunmuş və yaxşılaşdırılması istiqamətində təkliflər verilmişdir.

 Kitabın elmi redaktoru “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva, rəyçilər isə iqtisad elmləri doktoru, professor Rövşən Quliyev və iqtisad üzrə fəlsəfə doktoru Rəşad Hüseynovdur (economics.com.az).