Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Məzənnə siyasəti: yeni çağırışlar və imkanlar” kitabı çapdan çıxıb

  • Oxunub 713 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Fuad Qənbərovun “Məzənnə siyasəti: yeni çağırışlar və imkanlar” adlı kitabı çapdan çıxıb («Avropa», 2021, 296 səh.).

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru iqtisad elmləri doktoru (i.e.d.), professor Əvəz Ələkbərov, rəyçiləri i.e.d., professor Mübariz Bağırov və fəlsəfə elmləri namizədi, dosent Mayis Gülalıyevdir.

 Monoqrafiyada ölkənin makroiqtisadi sabitlik və iqtisadi artım problemlərinin həllində valyuta siyasətinin rolu araşdırılıb. Bu məqsədlə qlobal və daxili iqtisadi proseslər nəzərə alınmaqla, bütövlükdə valyuta məzənnəsinin formalaşması və onun makroiqtisadi təsirləri tədqiq edilir. Monoqrafiyada qoyulan əsas istiqamət - retrospektiv faktorların təsir səviyyəsinin müəyyənləşdirilməsi, Azərbaycanda makroiqtisadi menecment sistemində məzənnənin rolunun və təsir dairəsinin tədqiq edilməsidir. Kitabda həmçinin 1998 və 2015-ci il tarixlərində manatın ucuzlaşmasının makroiqtisadi göstəricilərə təisiri qiymətləndirilir, məzənnənin ucuzlaşmasının bəzi ölkələr üzrə təcrübəsi öyrənilir, dollar/avro məzənnəsi timsalında ABŞ dollarının məzənnəsinin tsiklik fazada rolu araşdırılır, Azərbaycanda gələcək məzənnə siyasətinin bşlıca konturları cızılır. Mövzunun nəzəri və praktiki nümunələrlə təqdim edilməsi geniş elmi ictimaiyyət, müvafiq ixtisas kurslarını tədris edən müəllimlər, maliyyə-bank sistemində çalışan mütəxəssislər üçün maraq doğura bilər (economics.com.az).