Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda regional iqtisadi inkişaf və diversifikasiya – 2020” kitabı çapdan çıxıb

  • Oxunub 861 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktrou, professor Nazim Müzəffərlinin (İmanov) və İnstitutun direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradovun müəllifliyi ilə “Azərbaycanda regional iqtisadi inkişaf və diversifikasiya – 2020” adlı kitab çap olunub.

 Monoqrafiya AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib.

 Bu tədqiqat Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında iqtisadi inkişaf və diversifikasiya səviyyəsini qiymətləndirmək məqsədi ilə AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilmişdir. Qiymətləndirmə müəlliflərin işləyib hazırladıqları Regional iqtisadi inkişaf və diversifikasiya indeksi əsasında aparılmışdır.

 Bu tipli müqayisəli araşdırmalar ciddi praktik əhəmiyyətə malikdir. Onların nəticələri ölkə regionlarının sosial-iqtisadi inkişafi məsələləri üzrə praktik idarəetmə qərarlarının hazırlanması zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafi dəstəklənərkən, sosial-iqtisadi inkişaf proqramları tərtib edilərkən, müxtəlif rayonların inkişafina əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər.

 Tədqiqat Azərbaycanın bölgələri üzrə aparılsa da, təklif edilən yanaşma, prinsip etibarilə, universal səciyyəlidir və digər ölkələrdə də regionlararası qiymətləndirmələrin aparılmasına imkan verir (economics.com.az).

 Kitabın elektron variantı aşağıdakı linkdə 

“Azərbaycanda regional iqtisadi inkişaf və diversifikasiya – 2020”