“XX əsrin 80-90-cı illərində AMEA İqtisadiyyat İnstitutunda iqtisadi fikrin inkişafı” kitabı nəşr olunub
- Oxunub 459 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Aygün Fətəliyevanın “XX əsrin 80-90-cı illərində AMEA İqtisadiyyat İnstitutunda iqtisadi fikrin inkişafı” adlı kitabı çap edilib (Bakı “ELM VƏ BİLİK” - 2021, 164 səh.).
AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan monoqrafiyanın redaktoru iqtisad üzrə fəlsəfə doktoru Xosrov Kərimov, rəyçiləri iqtisad eləmləri doktoru, dosent Seyfəddin Səməndərov və iqtisad üzrə fəlsəfə doktoru Təranə Nəcəfovadır.
Monoqrafıyada 80-90-cı illərdə Azərbaycanda iqtisadi fikir araşdırılmışdır. Xüsusən də, bazar iqtisadiyyatı, ölkə alimlərinin bu sistemə keçidlə bağlı iqtisadi düşüncələri sistemləşdirilmiş, əsas fıkirləri yer almışdır. Kitab elmi-tədqiqat institutlarının əməkdaşları, ali məktəb müəllimləri, gənc tədqiqatçılar üçün əyani vəsait ola bilər (economics.com.az).