Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İqtisadi azadlıq indeksi – 2019-2021” kitabı çapdan çıxıb

  • Oxunub 620 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Akif Musayevin rəhbəri olduğu bir qrup əməkdaşının müəllifliyi ilə “İqtisadi azadlıq indeksi – 2019-2021” kitabı çap olunub.

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən kitab “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması” elmi istiqaməti üzrə “İqtisadi azadlıq indeksi”nin araşdırılmasına həsr olunmuşdur.

Müəlliflər tərəfindən “İqtisadi azadlıq indeksi”nin yaxşılaşdırılmasının ölkənin sosial-iqtisadi inkişafına təsiri qiymətləndirilmiş və nəticələr kitabda öz əksini tapmışdır. Habelə həmin indeks üzrə iki səviyyəli, o cümlədən “qonşu və qabaqcıl” və “əsasən azad” ölkələrarası müqayisəli təhlilin nəticəsi olaraq bu indeks üzrə reytinqin yüksəldilməsinə mane olan müvafiq sub-indekslərdə mövcud olan çatışmamazlıqların aradan qaldırılması və Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasına imkan verən təkliflər, tövsiyələr verilmişdir.

Müəlliflər ümid edir ki, kitabda əksini tapmış təklif və tövsiyələr müvafiq dövlət institutlarında iqtisadi siyasət sahəsində qərar qəbul edənlər, elmi tədqiqatçılar və iqtisadçılar üçün maraqlı və faydalı olacaqdır (economics.com.az).

Kitabın elektron variantı

“İqtisadi azadlıq indeksi – 2019-2021”