Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Beynəlxalq reytinqlərdə xidmət sahələrinin inkişaf göstəriciləri üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” kitabı çapdan çıxıb

  • Oxunub 487 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevin rəhbəri olduğu bir qrup elmi əməkdaşın həmmüəllifliyi ilə “Beynəlxalq reytinqlərdə xidmət sahələrinin inkişaf göstəriciləri üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” kitabı çap olunub.

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən monoqrafiyanın elmi redaktoru, i.e.d., professor Müşfiq Atakişiyev, rəyçisi iqtisad elmləri doktoru, professor Qəzənfər Süleymanovdur.

 Bütün dünyada xidmət sektoru digər iqtisadi sahələrlə müqayisədə daha intensiv inkişaf etməkdədir. Ölkə iqtisadiyyatnın dinamik inkişafinı nəzərə alaraq xidmət sferasının inkişaf problemlərinin dördüncü sənaye inqilabı kontekstində elmi cəhətdən tədqiq edilməsi, onun iqtisadi münasibətlərə təsirinin ətraflı araşdırılması olduqca aktual məsələlərdəndir. Tərtib olunmuş monoqrafiyada son onillikdə ölkəmizdə və dünyada xidmət sektorunda baş verən tendensiyalar, onlara təsir edən bir sıra amillər təhlil edilmiş və perspektiv inkişaf istiqamətləti müəyyənləşdirilmişdir.

Aparılan tədqiqatm əsas məqsədi xidmət sahələrinin rəqabət qabiliyyətinin potensial imkanlarının qiymətləndirilməsi, onun inkişafinın davamlı olmasma səbəb olan əsaslarının müəyyənləşdirilməsidir. Təqdim olunan kollektiv monoqrafiyada əldə olunmuş təklif və tövsiyələr beynəlxalq reytinqlərdə xidmət sahələrinin inkişaf göstəriciləri üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdınlması baxımından əhəmiyyətli hesab olunur (economics.com.az).