“İKT üzrə beynəlxalq müqayisəli reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması yolları” kitabı çapdan çıxıb
- Oxunub 527 dəfə
AMEA-nın İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin böyük elmi işçisi Gülnarə Fətəliyevanın “İKT üzrə beynəlxalq müqayisəli reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması yolları” kitabı çap olunub.
AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən nəşrin elmi redaktoru, i.f.d., dosent Leyli Allahverdiyeva, rəyçiləri i.f.d., dos. Allahyar Muradov və i.f.d., dos. Mahir Zeynalovdur.
Kitabda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı indeksi və İKT xidmətlərinin qiymət səbəti indeksi üzrə reytinqlərdə Azərbaycanın mövqeyi təhlil edilmiş, İKT-nin inkişafı indeksi ilə iqtisadi inkişaf göstəriciləri arasında asılılıq araşdırılmışdır. Respublikamızın qeyd olunan indekslər üzrə reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılmasını şərtləndirən amillər müəyyən olunmuş, müvafiq təklif və tövsiyələr verilmişdir.
Kitabda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Beynəlxalq Telekommunikasiya İttifaqının və Dünya Bankının statistik məlumatlarından istifadə olunmuşdur.
Kitab iqtisadçılar və iqtisadi siyasət sahəsində qərar qəbul edənlər üçün nəzərdə tutulmuşdur (economics.com.az).
Kitabın elektron variantı aşağıdakı linkdə yerləşdirilib
“İKT üzrə beynəlxalq müqayisəli reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması yolları”