Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Dünya Enerji Trilemma indeksi üzrə beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri” kitabı çap olunub

  • Oxunub 539 dəfə

 AMEA-nın İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədovun “Dünya Enerji Trilemma indeksi üzrə beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri” kitabı çapdan çıxıb.

 AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən nəşrin rəyçiləri iqtisad elmləri doktoru, professorlar Tərbiz Əliyev və Hacıağa Rüstəmbəyovdur.

 Monoqrafiyada Dünya Enerji Trilemma İndeksi üzrə beynəlxalq reytinqlərdə enerji resurslarından istifadə göstəriciləri üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri tədqiq edilmişdir. Tədqiqat əsərində Dünya Enerji Trilemma İndeksinin hesablanmasının metodoloji əsasları, subindekslərin xüsusi çəkiləri, informasiya mənbələri, indeksin ümumi inkişaf meylləri, indeks və subindekslər üzrə Azərbaycanın reytinq sıralanmasındakı yeri, qiymətləndirmə ballarının hesablanması xüsusiyyətləri tədqiq edilir. Habelə Azərbaycanın son 21 il ərzində irəliləyiş əldə etdiyi hər bir göstərici üzrə keçdiyi yollar bir sıra ölkələrlə müqayisəli şəkildə nəzərdən keçirilir, üstün və zəif cəhətləri qiymətləndirilir, əldə edilmiş nəticələr əsasında hökumətə, indeksi hazırlayan təşkilatlara, iqtisadçılara təklif və tövsiyələr verilir.

 Monoqrafiya elmi işçilər, doktorantlar, ali məktəb müəllimləri, tələbələr, tədqiqatçılar, mütəxəssislər, elmin və iqtisadiyyatın müxtəlif sahələrində məşğul olan və enerji resurslarından səmərəli istifadə məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur (economics.com.az).

 Kitabın elektron variantı aşağıdakı linkdə yerləşdirilib

 “Dünya Enerji Trilemma indeksi üzrə beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri”