“İnsan və həyat fəlsəfəsi” adlı kitab çapdan çıxıb
- Oxunub 345 dəfə
İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Əli Nuriyevin “İnsan və həyat fəlsəfəsi” adlı kitabı çapdan çıxıb.
Kitabın redaktoru i.e.d., prof. Rəna Sultanova, rəyçiləri i.e.d., prof. Sevda Mikayılova, i.e.d., prof. Sabir Cümşüdov, i.e.d., prof. Ağarza Rüstəmov və i.f.d. Sulduz Səlimovdur.
Kitabda müəllifin həyat fəlsəfəsi öz əksini tapmışdır. Ədalətli cəmiyyət, insan, insani keyfiyyətlər və onu təmin edən şərtlər, elm, alim, müəllim, ailə, ailə daxili münasibətlər, öz keçmişinə hörmətlə yanaşmaq, əməyin insan həyatında rolu, insanın ümid, inam, etiqad mənbələri və s. müasir dövrdə aktual olan məsələlər haqqında müəllifin mövqeyinin traktatlar formasında şərhi kitabın əsas məzmununu təşkil edir.
Kitabda elmi ədəbiyyatda ilk dəfə olaraq insan təbiətinin bir-brinə zidd ikili xarakteri açılmış, onun səbəbləri, inkişaf mərhələləri müəyyən edilmişdir. Kapitalizmin uzun illər bəşəriyyətin inkişafında özündən əvvəlki cəmiyyət formalarına nisbətən müstəsna rol oynamasına baxmayaraq müasir dövrdə öz mütərəqqiliyini tamamilə itirməsi, yeni daha ədalətli cəmiyyətlə əvəz edilməsinin, ya da bu cəmiyyətin özündə köklü islahatlar aparılmasının zəruriliyi əsaslandırılmışdır (economics.com.az).