“Azərbaycanda mədəniyyətin iqtisadiyyatı: reallıqlar və perspektiv inkişaf” adlı analitik icmal nəşr olunub
- Oxunub 424 dəfə
“Azərbaycanda mədəniyyətin iqtisadiyyatı: reallıqlar və perspektiv inkişaf” adlı analitik icmal çap olunub. Kitabın müəllifləri İqtisadiyyat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli və İnstitutun şöbə müdiri, i.e.d., prof. Tərbiz Əliyevdir.
Analitik icmal sentyabrın 18-20-də Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq elmi-praktik konfransda təqdim olunub.
Kitab Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli qərarı ilə təsdiq edilmiş – “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 18-ci bəndinin icrası konteksində müəlliflər tərəfindən hazırlanmışdır.
Analitik icmalda mədəniyyət – kreativ iqtisadiyyatın başlıca sahəsi kimi şərh edilmiş, mədəniyyət sferasında iqtisadiyyatın formalaşmasının normativ-hüquqi bazası, dövlət siyasəti və tənzimlənməsi məsələləri nəzəri-metodoloji aspektdən araşdırılmışdır. Çoxillik statistik məlumatlar əsasında Azərbaycan mədəniyyətinin ayrı-ayrı sahələrinin fəaliyyəti təhlil edilib qiymətləndirilmiş, müvafiq ehtiyat imkanları aşkar edilərək onların sahənin iqtisadi inkişafına təsiri göstərilmişdir. İcmalda ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, həmçinin Şüşada tarixi-memarlıq abidələri haqqında məlumatlar öz əksini tapmış, şanlı qələbədən sonra orada həyata keçirilən yenidənqurma və bərpa işləri, mədəniyyət tədbirləri işıqlandırılmışdır.
İcmal tədqiqatçılar, KİV-in nümayəndələri, turistlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Azərbaycanda mədəniyyətin iqtisadiyyatı: reallıqlar və perspektiv inkişaf” (yüklə)