Samirə Abasovanın Rusiyada monoqrafiyası cap olunub
- Oxunub 1444 dəfə
AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Samirə Abasovanın bu yaxınlarda Rusiyada rus dilində “Механизмы государственного регулирования внешнеэкономических инновационных процессов в странах с развивающесся экономикой (на примере внешнеэкономических связей Азербайджана с другими странами)” adlı monoqrafiyası (Novosibirsk – 2015, 234 səh.) cap olunub (İnkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə beynəlxalq iqtisadi əlaqələr üzrə innovasiya proseslərinin dövlət tənzimləmə mexanizmləri, Azərbaycanın digər ölkələrlə beynəlxalq iqtisadi əlaqələri timsalında).
Monoqrafiya beynəlxalq iqtisadi sferada innovasiya proseslərinin dövlət tərəfindən tənzimlənməsinin nəzəri və metodoloji, eləcə də beynəlxalq rəqabət şəraitində inkişaf etməkdə olan ölkələrdə innovasiya yönümlü dəyişikliklərin həyata keçirilməsi məsələlərinə həsr olunmuşdur. Kitabda MDB ölkələri, xüsusilə Azərbaycanın innovasiyalı inkişafının xüsusiyyətləri tədqiq edilmişdir. Xarici iqtisadi əlaqələr üzrə innovasiya proseslərinin dövlət tənzimləmə mexanizmlərinə təsir edən faktorlar aşkar edilmiş, beynəlxalq iqtisadi əlaqələr üzrə innovasiya prosesləri, eləcə də onların dövlət tərəfindən tənzimlənməsinin qiymətləndirmə göstəriciləri metodikası işlənmişdir, Azərbaycanın milli iqtisadiyyatının innovasiya imkanları təhlil edilmişdir, Azərbaycanın innovasiya məhsulları və xidmətlərinin xarici satış bazarlarına çıxışının mümkün olan strategiyaları hazırlanmışdır.
Monoqrafiyada göstərilən müddəalar inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Azərbaycanda innovasiya proseslərinin dövlət monitorinqi və tənzimlənməsi məsələlərində, eləcə də inkişaf etməkdə olan ölkələrdə beynəlxalq iqtisadi əlaqələr üzrə innovasiya proseslərinin dövlət tənzimlənməsi strategiyasının nəzəri və praktiki məsələlərinin formalaşmasında istifadə edilə bilər.
Kitab beynəlxalq iqtisadi münasibətlər və innovasiya yönümlü dəyişikliklər, eləcə də beynəlxalq iqtisadi əlaqələr və innovasiyalı inkişaf sahələri üzrə ixtisaslaşan elmi işçilər və mütəxəssislər, eləcə də ali məktəblərdə iqtisadi ixtisaslar üzrə müəllimlər, aspirantlar və tələbələrə ünvanlanmışdır (economics.com.az).