Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda həyat keyfiyyəti – 2020: İnklüziv inkişafa doğru” kitabı çapdan çıxıb

  • Oxunub 403 dəfə

 Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “Xidmət sferasının iqtisadiyyatı” şöbəsinin müdiri, dosent Pərviz Həsənovun və “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsinin elmi işçisi Minarə Ağayevanın “Azərbaycanda həyat keyfiyyəti – 2020: İnklüziv inkişafa doğru” kitabı çap olunub.

 İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən nəşrin elmi redaktoru iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevadır.

Bu kitab Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədi ilə İqtisadiyyat İnstitutunda aparılan tədqiqatın nəticələrini əks etdirir. Qiymətləndirmələr İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış Həyat keyfiyyəti indeksi (HKİ) əsasında aparılmışdır. Tədqiqat ölkənin 11 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonları əhatə edir.

Bu araşdırma 2019-cu ildə yerinə yetirilmiş eyniadlı tədqiqatın davamıdır. İki il müddətində reytinqdə baş vermiş dəyişikliklər kitabda geniş təfsir olunmuşdur. Ümumən bu tipli bölgələrarası və dövri aparılan müqayisələr ciddi praktik əhəmiyyətə malikdir və nəticələri ölkə regionlarının sosial-iqtisadi inkişafı məsələləri üzrə praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaiti ayrılarkən faydalı ola bilər (economics.com.az).

Kitabın elekron variantı

“Azərbaycanda həyat keyfiyyəti – 2020: İnklüziv inkişafa doğru” kitabı