“Azərbaycanda sosial sahibkarlığın inkişafı” kitabı çap olunub
- Oxunub 371 dəfə
“Azərbaycanda sosial sahibkarlığın inkişafı” adlı kitab işıq üzü görüb. Kitab Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Təhsil, elm, tədqiqat və dəstək” layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi çərçivəsində hazırlanıb.
Layihənin rəhbəri və kitabın elmi redaktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlidir (İmanov). Kitabın həmmüəllifləri i.e.d., dosent Rəsmiyyə Abdullayeva, i.f.d., dos. Allahyar Muradov, i.f.d., dos. Pərviz Həsənov və elmi işçi Nazənin Əzizzadədir.
Kitab son illərdə dünyada sürətlə inkişaf etməkdə olan sosial sahibkarlığın tədqiqinə həsr olunmuşdur. Tədqiqatda dünyada və Azərbaycanda sosial sahibkarlığın mövcud vəziyyəti müqayisəli şəkildə təhlil edilmiş, ölkəmizdə sosial sahibkarlığın təşkilati-hüquqi əsaslarının təkmilləşdirilməsi, habelə bu sahənin inkişaf istiqamətləri müəyyənləşdirilmişdir (economics.com.az).