“Azərbaycan Respublikasının ekoloji göstəricilərinin müqayisəli təhlili və qiymətləndirilməsi” kitabı çapdan çıxıb
- Oxunub 355 dəfə
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Sulduz Səlimovun “Azərbaycan Respublikasının ekoloji göstəricilərinin müqayisəli təhlili və qiymətləndirilməsi” adlı kitabı çap olunub.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən əşrin elmi redaktoru AMEA-nın muxbir üzvü Əli Nuriyev, rəyçiləri professor Vahid Abbasov, iqtisad elmləri doktorları Yaşar Məmmədov və Seyfəddin Səməndərovdur.
Monoqrafiyada Azərbaycan Respublikasının ekoloji və ətraf mühit göstəriciləri sistemi Ekoloji Effektivlik İndeksi və BMT Davamlı İnkışaf metodologiyasına əsasən araşdırılmış, digər dövlətlərlə müqayisə edilmiş, ekoloji göstəricilərin yaxşılaşdırılması üçün təklif və tövsiyyələr irəli sürülmüşdür.
Monoqrqfiya elmi işçilər, doktorantlar, ali məktəb müəllimləri, iqtisadiyyat və ətraf mühit sahəsində məşğul olan mütəxəssislər, tələbələr üçün nəzərdə tutulmuşdur.