“Economy&society”
- Oxunub 1457 dəfə
İspaniyada ingilis dilində “Economy&society” adlı yeni kitab çap olunub (Barselona, 2015, 140 səh.).
İqtisadi, siyasi və sosial səviyyədə daim dəyişikliklər və kəskin dönüşlər baş verir. Bu kitab iki mütəxəssisin həmin məsələlərə fərqli və dolğun yanaşmalarını özündə əks etdirir. Birinci müəllif, AMEA İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov, ikinci müəllif İqtisadiyyat və Maliyyə Elmləri üzrə İspaniya Krallıq Akademiyasının üzvü, hüquq və iqtisad elmləri doktoru, professor Jose Daniel Barquerodur.
Kitab iqtisadiyyatın, Avropanın və qlobal cəmiyyətin yeni yanaşmalarını özündə əks etdirmişdir. Professor Q.İmanov araşdırmalarını Azərbaycan milli iqtisadiyyatı, sosial xidmətlərin keyfiyyəti və qlobal iqtisadi sistemlərin qeyri-səlis məntiqi tətbiqi üzərində aparmışdır. İqtisadiyyat elminin qarşılaşdığı və bütün iqtisadi dəyişiklikləri və çağırışları əhatə edən mövzunun hazırlanması vacib idi və bu kitab iqtisadi girişli klassik kitablardan və ya ardıcıl yazılan məruzələrdən ibarət deyil. Uzun illər mövcud olan quruluş hazırkı qlobal cəmiyyətdə yeni qavrayış və təhlillərlə əvəz olunur və böyük ustalıqla oxuculara təqdim edilir (economics.com.az).